Xəbərlər

Balans Xəbərlər

Kino 02/10/2019 12:55

Azərbaycan Milli Kino və Animasiyaya Dəstək (AMKAD) layihəsi çərçivəsində qurumun 3-cü iclası keçirilib

AMKAD-ın toplantısında kollegiya üzvləri - Cənnət Səlimova, Vasif Babayev, Oqtay Mirqasımov, Ayaz Salayev, Vahid Mustafayev iştirak ediblər, xalq artisti Fəxrəddin Manafov qonaq qismində dəvət olunub. Əsas müzakirə mövzuları Fəxrəddin Manafovun AMKAD-a üzv seçilməsi, “Bəxtiyar” filminin ssenarisi, BALANS istehsalı olan məhsullara baxış olub. İclasın nəticəsi olaraq, Fəxrəddin Manafov AMKAD Kollegiya üzvlüyünə qəbul olunub. Daha sonra Türkiyədə kino fakültəsində təhsil alan Emil Əlinin “Bəxtiyar” adlı ssenarisi oxunub. Kollegiya üzvləri ssenarinin anlaşılmaz olduğunu, ümumiyyətlə hər hansı süjet xəttinin, bağlılıq və kulminasiyanın, həmçinin kompozisiyanın olmadığını əsas gətirərək, “Bəxtiyar” adlı filmin çəkilişi üçün AMKAD-dan hər hansı vəsaitin ayrılmaması barədə yekdil qərar qəbul ediblər. Daha sonra AMKAD üzvləri BALANS Studiyasının istehsal etdiyi “Dostlar” və “Yol yoldaşı” cizgi seriallarına baxıblar və bu seriallaın uşaqların təlim-tərbiyə məsələlərində böyük rolu olduğunu qeyd ediblər. AMKAD-ın növbəti toplantısı oktyabr ayında keçiriləcək.



Rəylər

Rəy yaz

Seçilən xəbərlər
image
Kateqoriyalar