Xidmətlər

Biz sizə xidmət edirik!

SİZİN İDEYALARINIZI BİZ REALLIĞA ÇEVİRƏRİK

BALANS Studiyası animasiya və film istehsalı, dublyaj, filmlərin bərpası və rənglənməsi, səslənməsi sahəsində öz sözünü deyən şirkətdir.

Çox böyük şərəf və ləyaqətlə müştərilərimizə aşağıdakı xidmətləri göstəririk

3D, 2D ANİMASİYA VƏ VİZUAL EFFEKTLƏR

Balans Studiyasının 3 və 2 Ölçülü Cizgi Filmləri Bölməsi Animasiya sahəsində çalışan peşəkarların məkanıdır. Peşəkar komandamız yüksək keyfiyyətli Riqləmə, Modelləmə və Animasiya Məhsullarının istehsalının digər sahələrində ixtisaslaşıblar. Balans Studiyası bu gün 3D və 2D Animasiya sahəsində görülən işlərlə artıq yerli və beynəlxalq miqyasda müştəri bazasını yarada bilib. Sözsüz ki, bu görülən işlərin keyfiyyəti ilə yanaşı, Balans Studiyasının həm də beynəlxalq festivallarda uğurlu iştirakının nəticəsidir. İXTİSASLAR: 3D və 2D Animasiya, Modelləmə, Riqləmə, 3D və 2D Vizual Effektler, Bədən və Sifət Hərəkətlərini Tutma, Rəssam Planlaması ARAYIŞ: Animasiya: QOYUNLAR (3-5 yaşlı uşaqlar üçün Əyləncəli Tədris) - 12 seriya, BİL (5-8 yaşlı uşaqlar üçün Əlifba və s.) - 12 seriya, DOSTLAR (7-10 yaşlı uşaqlar üçün İbrətamiz hekayələr) - 8 seriya, YOL YOLDAŞI (Uşaqlar üçün Yol Hərəkəti Qaydaları Dərsləri) - 4 seriya və s.

İşlərimizlə tanış olun Sifariş göndərin
3D, 2D ANİMASİYA VƏ VİZUAL EFFEKTLƏR

FİLM VƏ VİDEOLENTLƏRİN RƏQƏMSALLAŞMASI VƏ BƏRPASI

Balans Studiyası bütün Qafqazda yeganə olan rəqəmsallaşma və bərpa avadanlığına malikdir: videolentdən 4K formata rəqəmsallaşdırılmış videofayl, 35mm və 16mm-lik lentdən 4K formatında rəqəmsallaşdırma, optik stabilləşdirmə həyata keçirilir. Videodakı əsmələr, tozlar, küylər, yanıq-işıq qaraltıları, cızıqlar, ağ-qara ləkələr, sıradan çıxmış hissələr tam bərpa olunur. ARAYIŞ: Bədii film MATEO FALKONE

İşlərimizlə tanış olun Sifariş göndərin
FİLM VƏ VİDEOLENTLƏRİN RƏQƏMSALLAŞMASI VƏ BƏRPASI

RƏNGLİ FİLMLƏRİN BƏRPASI

BALANS Studiyası Orta Asiya ölkələri arasında rəngli filmlərin bərpasına dair avadanlığa malik yeganə şirkətdir. Studiyamzda istənilən videolent 4K (4096 piksel) və ya 2K (2048x1080 piksel) ölçüsünə skan edilir, görüntü, səs həlləri həyata keçirilir. Bu dövr ərzində rəssamlarımız və mütəxəssislərimiz bir vaxtlar rəngli olan, lakin illər keçdikcə solmuş və rəngini demək olar ki, tam itirmiş rəngləri orijinalda olan əsl rənginə gətirirlər.

İşlərimizlə tanış olun Sifariş göndərin
RƏNGLİ FİLMLƏRİN BƏRPASI

RƏNG KORREKSİYASI VƏ RƏNG AYARLAMALARI

Bu gün Azərbaycanın film və video sənayesinin Rəng Korreksiyası və Rəng Ayarlaması sahəsində Balans Studiyası liderdir. Siz ağ-qara filminizi retuş yolu ilə rəngli etmək istəyirsiniz? Bəlkə rəngli film və ya verilişin rənglərini korrektə etməklə cəlbedici və ya rənglərlə ovqatı dramatik etmək istəyirsiniz? Ali Beynəlxalq Sertifikatlara malik olan mütəxəssislərimiz istifadələrində olan müasir və qabaqcıl DAVİNCİ RESOLVE rəng ayarlama dəsti ilə stereoskopik 3D, tam HD, 2K, 4K və s. formatlarda Sizə yardımçı olacaq! İXTİSASLAR: Filmlərin Retuşu, Rənglənməsi, Rəng Korreksiyası, Ayarlanması və s. İSTİFADƏ SAHƏLƏRİ: Kino, Televiziya, Reklam və s. ARAYIŞ: Bədii Filimlər - YADDAŞ, XOCA, QANLI YANVAR, sənədli filmlər -QARABAĞ ATLARI, AN AGREGATE və s.

İşlərimizlə tanış olun Sifariş göndərin
RƏNG KORREKSİYASI VƏ RƏNG AYARLAMALARI

DUBLYAJ

BALANS Studiyasının dublyaj etdiyi filmləri (bədii, sənədli, cizgi və s.) başqalarından ən çox fərqləndirən istifadə olunan dil üslubu və çoxsəsliliyidir. BALANS Studiyasının peşəkar tərcüməçi və redaktorlardan ibarət komandası bu vaxta qədər mövcud olan bütün stereotipləri dağıdaraq filmləri xalqa yaxın dildə çatdırır. Bu isə filmlərin daha yaxşı qavranılmasına və mənimsənilməsinə kömək edir. BALANSın dublyaj studiyalarının digər bir üstünlüyü studiyaların ən son texnologiyalarla təchiz edilməsidir.

İşlərimizlə tanış olun Sifariş göndərin
DUBLYAJ

SƏSYAZMA, DİZAYN, AUDİOMONTAJ, MASTERİNQ

Səsləndirmə layihələrinizi Azərbaycanın ən böyük səs qarışdırma (mixing) və ayarlama (mastering) studiyasında həyata keçirin! Balans Studiyasının Səs Mütəxəssisləri yüksək peşəkarlıqla və dünyada ən qabaqcıl texnologiya (YAMAHA NUAGE) və proqram təminatından (NUENDO) istifadə edərək, Sizin audioməhsulunuzu beynəlxalq standartlara uyğun istehsal edəcək. İXTİSASLAR: Bədii və Sənədli Filmlər, Seriallar və Verilişlərin Səs Dİzaynı, Montajı və Masterinqi STEREO / 5.1 / 7.1 / Auro 3D / EBU / Foli, Səhnədən və Studiyada Səsyazma, Dublyaj İSTİFADƏ SAHƏLƏRİ: Kino, Televiziya, Teatr, Konsert, Reklam və s. ARAYIŞ: Bədii Filimlər - YADDAŞ, XOCA, QANLI YANVAR, sənədli filmlər - QARABAĞ ATLARI, AN AGREGATE və s.

İşlərimizlə tanış olun Sifariş göndərin
SƏSYAZMA, DİZAYN,  AUDİOMONTAJ, MASTERİNQ

FOLİ

Foli - kino və kompüter oyunlarında istifadə olunan səs-küy effektlərinin studiyada yazılmasıdır. BALANS Studiyasında yaradılan Foli studiyası Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış yeganə studiyadır. Təcrübə göstərir ki, çəkiliş zamanı alınan səs o qədər də ifadəli olmur, əksər vaxt lazımsız, kənar səslərlə dolu olur. Foli studiyada atışma, çəkmə ilə addımlar, hətta qarda gəzmək və s. səslər daha real səslənən və hər hansı kənar səs olmadan yazılır.

İşlərimizlə tanış olun Sifariş göndərin
FOLİ

DÜNYADA ƏN SÜRƏTLİ VİDEO, AUDİO FORMATLARIN DƏYİŞMƏSİ VƏ DCP MASTERİNQ

DCP (Digital Cinema Package - Rəqəmsal Kino Dəsti) kinoteatrlarda Bədii, Sənədli Filmlər və Reklamları kinolent əvəzinə kompüter faylları ilə nümayiş etdirmək üçün yaradılmış rəqəmsal vasitədir. Dünyada ən sürətli və keyfiyyətli DCP hazırlayan CLİPSTER Stansiyası daxilində olan video və səs fayllarını oğurluqdan KDM sistemi vasitəsi ilə mühafizə və istehsalçı tərəfindən müəyyən olunan vaxt çərçivəsində göstərməyə imkan verir. Bu stansiya 1 saatlıq tam HD (1920/1080) formatında olan filmin DCP-sini 37 dəqiqəyə hazırlayır (digər programlar 1 saatlıq filmi ən azı 15 saata hazırlayır). CLİPSTER Stansiyası vasitəsi ilə Balans Studiyası Video və Audio məhsulların yuksək sürət və keyfiyyərin qorunması şərti ilə müxtəlif formatlara Konvertasiya, Kodlaşma, Dekodlaşma və Transkodlaşma, habelə Kadr Tezliyi (frame rate), Görüntü İmkanları (resolution) və Kodlaşmaları (codec) dəyişmək xidmətlərini göstərir.

İşlərimizlə tanış olun Sifariş göndərin
DÜNYADA ƏN SÜRƏTLİ VİDEO, AUDİO FORMATLARIN DƏYİŞMƏSİ VƏ DCP MASTERİNQ